Azərbaycan millisinin üzvləri Gəncə voleybol klubuna keçiblər. Bu haqda 7 iyun tarixində Report-a istinadən xəbər veririk.
Voleybol klubumuz heyətini yeni voleybolçularla gücləndirib. Təmsilçimiz Azərbaycan millisinin üzvləri ilə müqavilə imzalayıb. Onlar Yuliya Kərimova və Nərminə Musayevadır.
Qeyd edək ki, "Gəncə" VK daha əvvəl yığmanın digər voleybolçusu Ülkər Kərimova ilə anlaşıb.