Gəncədən olan veteran stolüstü tennisçilərimiz Azərbaycan çempionatında mübarizə aparırlar. Bu haqda 20 aprel tarixində Report-a istinadən xəbər veririk.
Bakıda “Şüa” idman kompleksində təşkil olunan yarışda ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir. Burada kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.