Gəncədə birinci sinfə qəbul başlayıb. Bu haqda 29 may tarixində Oxu.az-a istinadən xəbər veririk.
3 iyun tarixində saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq. Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.