Gəncəyə yeni tibbi avadanlıq gətirilib. Bu haqda 4 avqust tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Uşaq xəstəxanasında çoxfunksiyalı ultramüasir LOR-kombayn avadanlığı quraşdırılıb. Avadanlıq bütün qulaq-burun-boğaz xəstəliklərinin müayinə və müalicəsində istifadə edilir.
LOR-kombayn otorinolarinqologiya kabinetlərinin funksional təchizatı üçün çoxfunksiyalı kompakt cihazdır. Onun əsas xüsusiyyəti müayinə və müxtəlif müalicəvi-profilaktik prosedurlar həyata keçirmək üçün vacib olan çox sayda alətlərin bir blokda mövcud olmasıdır.