Gəncə sakini Türkiyədə qətlə yetirilib. Bu haqda 28 sentyabr tarixində Avtosfer-ə istinadən xəbər veririk.
Hadisə Turkiyənin Samsun şəhərində qeydə alınıb. İddiaya görə, 39 yaşlı azərbaycanlı qadın birgə yaşadığı Cavid Geçər adlı polis məmuru ilə bağ evində spirtli içki qəbul edib. Daha sonra polis ayaqyolunda olarkən silah səsi eşidib. O, otağa daxil olduqda qadının sinəsindən güllə yarası aldığını görüb.
Öldürülən şəxs Jalə Bağırova olub. Hadisə yerinə ekspertlər cəlb ediliblər. Onlar Geçərin tapançasından açılan atəşlə Jalənin öldüyünü müəyyənləşdiriblər.
Qətli törətməkdə şübhəli bilinən polis məmuru saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata əsasən, qətlə yetirilən şəxs Gəncə sakini olub. Onun nəşi doğulduğu şəhərə gətirilir. Mərhum bu gün dəfn olunacaq. Jalə Bağırovanın 3 uşağı var.