Gəncəli cüdoçunun Olimpiya Dünya Reytinq siyahısındakı mövqeyi bəlli olub. Bu haqda 11 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Beynəlxalq Cüdo Federasiyası yanvarın 11-nə olan sıralamanı açıqlayıb. Belə ki, Turan Bayramov (60 kq) 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.