Gəncəli idmançı “Masters” turnirində iştirak edəcək. Bu haqda Gencexeber.az 19 dekabr taixində Cüdo Federasiyasına istinadən məlumat verir.
Turnir 20-22 dekabrda İsraildə baş tutacaq. Cüdoçumuz Turan Bayramov (60 kq) yığma komandanın daxilində ölkəmizi təmsil edəcək.
Püşkatma mərasimi bu gün Bakı saatı ilə saat 16:00-da baş tutacaq. Mərasimi canlı olaraq live.ijf.org saytından izləyə bilərsiniz.
Yarışda dünyanın 58 ölkəsindən 367 cüdoçu medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.