"Toyota Gəncə Mərkəzi" MMC-yə inzibati protokol yazılıb. Bu haqda 16 avqust tarixində Pravda.az-a istinadən xəbər veririk.
Şirkət Dövlət Gömrük Komitəsi tərəfindən cərimələnib. "Toyota Gəncə Mərkəzi" barəsində protokol İnzibati Xətalar Məcəlləsinin “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir” maddəsinə əsasən tərtib edilib.
Sözügedən işə Gəncə Şəhər Məhkəməsinin hakimi Asif Əliyev tərəfindən baxılacaq.