top
Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir
Foto
10 fevral 2026, 13:19
- +

Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

Fevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

Qafqazinfo.аz-a müraciət edən 33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.

"Hadisə fevralın 1-də saat 19:00 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi, çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi", - şikayətçi bildirib.

S.İmamquliyeva qeyd edib ki, hadisəyə səbəb onun sevgilisindən ayrılması olub:

"Artıq münasibətimiz bitmişdi. Əli Əsgərov ayrılıqdan sonra məni mütəmadi izləyir, hədə-qorxu gəlirdi. Məni bıçaqlayandan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Beynəlxalq Xəstəxanasına aparılaraq əməliyyat olundum. Döş qəfəsimdə qırılıb qalan bıçağın kəsici hissəsi əməliyyatla bədənimdən xaric edildi. Hazırda səhhətimdə yaranmış ağır fəsadlar səbəbindən işləyə bilmirəm. Bu hadisəyə görə külli miqdarda maddi-mənəvi zərərlə üzləşmişəm, qarşı tərəf isə heç maraqlanmır. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilsə də, istintaqın gedişindən də məlumatsızam. Qarşı tərəf imkanlıdır və təsir imkanları çoxdur. Həyatıma hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyimin təmin olunmasını istəyirəm".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov qafqazinfo.аz-a bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılıb.

"Ekspertiza rəyinə görə, hadisə zamanı kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - DİN rəsmisi əlavə edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Oxşar xəbərlər