“Toppuş bacı” kimi tanınan Əməkdar artist Tünzalə Əliyevanın səhhəti ağırlaşıb. Bu haqda 4 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Uzun müddətdir xərçənglə mübarizə aparan sənətçi bildirib ki, "Ağıllı dərman" adlı preparatı qəbul etdikdən sonra səhhəti ağırlaşıb və ağciyərlərinə su yığılıb. Bu səbəbdən üçüncu dozanın qəbulunu dayandırıb. Ümumi olaraq isə hələ 10 ədəd preparat vurulmalıdır.
"Həkimlərin səyi nəticəsində ağ ciyərlərimdən suyu çəkdilər. Hələ ki səhhətim stabildir, bir neçə gündən sonra Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsinə gedəcəyəm,” - deyə “Toppuş bacı” bildirib.