Gəncədə bir neçə obyekt sahibi barədə inzibati protokol tərtib olunub. Bu haqda 23 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
AQTA müfəttişləri şəhər ərazisində reydlər keçiriblər. Nəticədə bir neçə ticarət obyektində nöqsanlar aşkarlanıb. Onlar aşağıdakılardır:
- Azərbaycan Bayrağı küçəsi, 21C ünvanında "İran Məhsulları" mağazası – Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
- Şah İsmayıl Xətai prospekti, 117 ünvanında "Bərəkət" market – Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
- Mir Cəlal Paşayev küçəsi, 12A ünvanında "Zeytun" aptek – Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması.