Gəncədə yerləşən tarix-memarlıq abidəsinin fasadına vurulmuş reklam lövhələri çıxarılıb. Bu haqda Gencexeber.az-a 3 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal Həsən Əliyev küçəsində müşahidə olunub. Burada yerləşən tarix-memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülüb.
Söküntü işləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Regional İdarəsinin əməkdaşları tərəfindən aparılıb.