Gəncəli məşhur reper Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Bu haqda 11 may tarixində Oxu.az-a istinadən xəbər veririk.
Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən “HammAli&Navai” duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarılır.
Bildirilir ki, onun “Scar Trading MMC” şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.
Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.