Gəncədə paytaxtdan olan müğənnilərin iştirakı ilə konsert keçiriləcək. Bu haqda 19 iyun tarixində “Gəncə Qalası”na istinadən xəbər veririk.
“Gəncə Qalası” Ticarət ve Əyləncə Kompleksi sakinlər üçün ödənişsiz konsert hazırlayıb. Burada Türkan Vəlizadə və Şəbnəm Qəhrəmanova çıxış edəcəklər.
Tədbir 25 iyun tarixində saat 16:00-da “Gəncə Qalası”nda təşkil ediləcək. Konsertə hər kəs dəvətlidir.
Ünvan: Şeyx Bahəddin, 22