Qərb rayonlarında kənd təsərrüfatı texnikalarının monitorinqlərinə başlanılıb.
Aqrar Xidmətlər Agentliyinin məlumatına əsasən, texniki nəzarət üzrə mütəxəssislər tərəfindən nasaz, dövlət texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatından yayınan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlərin aşkarlanmasına dair yoxlamalar keçirilib.
Respublika üzrə ilk reydlər Goranboy, Qazax, Abşeron və Qusar rayonlarında keçirilib. Nəticədə qanun pozucularına qarşı inzibati protokollar tərtib olunub. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq texniki cəhətdən nasaz olan texnikaların istifadəsinin qadağan olunması barədə xəbərdarlıq edilib və texnika istifadəçiləri maarifləndirilib.