Gəncəyə yeni Baş konsul təyin olunub. Bu haqda 22 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu dəyişilib. Zeki Öztürk 20 dekabr tarixində öz diplomatik missiyasını başa çatdırıb. Onun yerinə Rəcəb Öztop təyinat alıb.
Diplomat vəzifəsinin icrasına 1 yanvar 2023-cü il tarixində başlayacaq.