Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub. Bu haqda 15 iyun tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir 36 yaşlı tanışı Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.
Mərhum kafe sahibi olub və hadisə də orada baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseynov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə təqsirli bilinərək, ona 17 il həbs cəzası verilib.