İntihar edən gənc Gəncədə dəfn edilib. Bu haqda 30 may tarixində Oxu.az-a istinadən xəbər veririk.
Hadisə Bakı şəhəri Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb. 23 yaşlı Aydan Ceyhun qızı Məmmədova özünü çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən ataraq, intihar edib.
Qonşuların sözlərinə görə, A.Məmmədova qohumları ilə birgə yaşayırmış.
Tələbə olan Aydan hadisə yerində həyatını itirib. Mərhum Gəncədə dəfn edilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.