Gəncədə təlimçi müəllimlərlə görüş keçirilib. Bu haqda 1 fevral tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə buraxılış siniflərində təhsil alan şagirdlərə maarifləndirici təhsil dəstəyi göstərilməsi məqsədilə həyata keçirilən “Təhsil bələdçisi” layihəsi çərçivəsində təlim və seminarlar davam etdirilir.
Gəncə şəhəri, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında çalışan təhsilverənlərin iştirakı ilə keçirilən seminarda “DİM-in təşkil etdiyi buraxılış imtahan suallarının cavablandırılması qaydaları və imtahanda vaxtın idarə olunması texnikası” mövzusunda təqdimat nümayiş etdirilib və mövzu ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, fevral ayı ərzində regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin hər birində “Təhsil bələdçisi” layihəsi ilə bağlı təlimlər keçiriləcək.