top
Təhlükəli virusun aşkar edilməsi üçün tədbirlər görülüb
19 avqust 2024, 15:35
- ↺ +

Təhlükəli virusun aşkar edilməsi üçün tədbirlər görülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni yayılmağa başlayan xəstəliklə bağlı Azərbaycana tester və dərmanlar gətirilib. Bu haqda Azərtac-a istinadən xəbər veririk.

Hazırda dünyanın bir sıra ölkələri, xüsusilə də Afrikada Meymunçiçəyi virusu yenidən yayılmağa başlayıb. Bununla bağlı ölkəmizə xəstəliyin müayinəsi üçün testlər və ona qarşı lazımi dərman preparatları gətirilib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir.

“Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Bu səpgilər üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir”, - deyə infeksionist qeyd edib.

Qeyd edək ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, qitənin 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkarlanıb. Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır. Yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğu bildirilir. Ölüm sayının 97 faizi Konqo Demokratik Respublikasının payına düşür.

Bundan başqa, virus Afrika qitəsindən kənarda üç ölkədə - İsveç, Avstraliya və Pakistanda görülüb. Bu günədək yoluxanların sayının Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 nəfər olduğu bildirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Bu gün, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Bu gün, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Bu gün, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Bu gün, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Bu gün, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Bu gün, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Oxşar xəbərlər