Surət Hüseynovun nəşi bu gün Azərbaycana gətiriləcək. Bu haqda 1 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
Mərhumun yaxınları bildiriblər ki, sabiq baş nazirin cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya çatdırılacaq. Sabah, 2 avqust isə Gəncədə İsmət Qayıbov küçəsindəki evinə aparılacaq və valideynlərinin qəbrinin yanında dəfn ediləcək.
Xatırladaq ki, 64 yaşlı Surət Hüseynovun dünən, 31 iyul tarixində təyyarədə ürəyi dayanıb. O, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, oradan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, “qiyamçı polkovnik” dünyasını dəyişib.
O, 12 fevral 1959-cu ildə Gəncədə anadan olub.