Gəncədə vətəndaşdan saxta pul əsginası aşkarlanıb. Bu haqda 25 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Hadisə ASAN xidmət mərkəzində qeydə alınıb. Samux rayon sakini 1 ədəd saxta 50 manatlıq əsginasla rüsum ödəməyə çalışıb. Bu vaxt o, polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən edilməsi üzrə işlər davam etdirilir.