Gəncə Şəhər icra Hakimiyyəti sakinləri narahat edən məsələ ilə bağlı cavab verib. Bu haqda 21 iyun tarixində Ölkə.az-a istinadən xəbər veririk.
Səhər saatlarında 4-cü mikrorayonda yerləşən 13-cü bina sakinlərinin yol problemi ilə bağlı məlumat paylaşmışdıq.
Məsələ ilə əlaqədar Şəhər icra Hakimiyyəti açıqlamasında deyib:
"Məlum olduğu kimi, Gəncə şəhərində "Açıq Kommunal İnfrastruktur Porqramı II" layihəsi icra olunur. Küçə və prospektlərin, məhəllə və qəsəbədaxili yolların asfaltlanması da sözügedən layihəyə paralel şəkildə həyata keçirilir. "Açıq Kommunal İnfrastruktur Porqramı II" layihəsi çərçivəsində su və kanalizasiya sistemlərinin yeniləndiyi ərazilər mərhələli şəkildə abadlaşdırılacaq"