Gəncədə pişiklər naməlum şəxslər tərəfindən asılaraq öldürülüb. Bu haqda 9 yanvar tarixində Sonxəbər.az-a istinadən məlumat veririk.
Şəhərdə pişiklər ip vasitəsilə asılıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlama verib.
O bildirib ki, məsələdən xəbərdardırlar. Hazırda hadisənin hansı ərazidə və kim tərəfindən törədildiyi araşdırılır.