Xəbər verdiyimiz kimi, Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Məsələ ilə bağlı Gencexeber.az-a zərərçəkənlərin yaxınları tərəfindən verilən məlumata görə, şagirdlərin Aşıqlı kənd tam orta məktəbin yeməkxanasında sellofan bağlamalarda satılan qarğıdalıdan zəhərləndiyi ehtimal olunur.
Hadisə yerinə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunaraq qidalardan nümunələr götürülüb.
Qeyd edək ki, 10 nəfər yeniyetməyə zəruri tibbi yardım göstəriləndən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.