top
Sən elə bir zirvəsən adlı respublika ifa müsabiqəsinə start verilib
10 yanvar 2023, 18:00
- ↺ +

"Sən elə bir zirvəsən" adlı respublika ifa müsabiqəsinə start verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı respublika ifa müsabiqəsinə start verilib. Bu haqda 10 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Müsabiqə 3 mərhələdən və 4 nominasiyadan ibarətdir: şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs.

I mərhələ 9 yanvar - 28 fevral 2023-cü il tarixlərində keçirilir. Bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir və onlar haqqında məlumatlar (ad, soyad, ata adı, təvəllüd, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına (grbye@mk.edu.az) göndərilir.

II mərhələ 1 mart - 4 aprel 2023-cü il tarixlərində zonalar üzrə keçiriləcək. Bu mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılırlar. Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər, Naftalan peşə və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə 1 mart saat 12:00-da Gəncə Musiqi Kollecində keçiriləcək.

Müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar 6-10 aprel 2023-cü il tarixlərində keçiriləcək respublika mərhələsində iştirak etmək hüququ qazanırlar.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:


  • Bəstəkar mahnıları, təsnif və xalq mahnıları nominasiyaları üzrə təqdim olunan mahnıların ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akapella oxuna bilər);

  • Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır (iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər);

  • Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdırlar).


Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 370 86 22, +994 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konsert 4 may 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək. Müsabiqədə I, II və III yerlərin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

Sabiq deputat "Şərəf" ordeni ilə təltif edilib

Bütün xəbərlər
Bu gün, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 20:24

Gəncəlilər hər axşam zəhərli tüstünün təsirinə məruz qalırlar

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər