Vladimir Putinin Azərbaycana səfərinin rəsmi hissəsi başlayıb. Bu barədə “Prezident Rossiyi” saytına istinadən məlumat veririk.
Rusiya Prezidenti ümummilli lider Heydər Əliyevin Fəxri xiyabanda məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla anıb. Bundan sonra o, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyma mərasimində iştirak edib.
Hazırda Azərbaycan Prezidentinin Zaqulba iqamətgahında İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilir.Açıq mənbələrdən foto