Gəncədə vəfat edən yeniyetmənin ölüm səbəbi məlum olub. Bu haqda 9 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Şəhərdə kirayədə qalan 14 yaşlı yeniyetmənin naməlum xəstəlikdən ölməsi barədə məlumat vermişdik. Meyitin müayinəsı zamanı məlum olub ki, Qusar rayon sakini Elnur Ulubəyov qızılca xəstəliyini ağır keçirdiyi üçün ölüb.
Xatırladaq ki, ötən gün yeniyetmənin yaşadığı evdə halı pisləşib. O, yaxınları tərəfindən xəstəxanaya aparılsa da, müayinə zamanı artıq həyatını itirdiyi məlum olub.