top
Qurban bayramı ilə bağlı fətva verildi
25 may 2026, 09:33
- +

Qurban bayramı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib.

Gencexeber.az bildirir ki, bu barədə QMİ məlumat yayıb.

Fətvada deyilir: "Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc; 37). Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaq, inşaAllah.

Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban Əliyevanı bayram münasibətilə təbrik edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.

Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur: "Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən daha gözəl bir iş edə bilməz". Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı, itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun! Amin!

Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!"

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 20:54

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 19:50

Mingəçevirdə açıq suda üzmə yarışı rekord iştirakçı sayı ilə start götürəcək

Bütün xəbərlər
Dünən, 17:37

Gəncədə taksilərin gəlmədiyi küçələrdən BİRİ

Bütün xəbərlər
Dünən, 16:54

Kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:00

Gəncədə kommunal problemlər sakinləri TƏNGƏ GƏTİRİB

Bütün xəbərlər
Dünən, 15:28

Əhalimizin yarısı artıq çəkidən əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 14:51

Duman olacaq, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:02

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Dünən, 13:33

"Gəncə" üç legioner basketbolçu ilə vidalaşıb

Bütün xəbərlər
Dünən, 13:02

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə qətlə yetirilən Azər Yusifov gəncləri ayırmaq istəyibmiş

Bütün xəbərlər
Dünən, 12:02

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Bütün xəbərlər
Dünən, 11:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Dünən, 10:55

Gəncədə kütləvi davada bıçaqlanaraq öldürülənin FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 10:17

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Dünən, 09:46

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Bütün xəbərlər
05 avqust 2026, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
05 avqust 2026, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
05 avqust 2026, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
05 avqust 2026, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
05 avqust 2026, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
05 avqust 2026, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
05 avqust 2026, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
05 avqust 2026, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Oxşar xəbərlər