Qazaxın Dəmiryolu yaşayış massivində Ələddin Qədirov 7-ci döngə küçəsində yanğın qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, yanğın Qərib Mustafayevə məxsus evə bitişik ərazidə baş verib.
Belə ki, ev sahibinin yaxın qohumlarından birinin evə bitişik topladığı suvarma üçün nəzərdə tutulan plastik borular anidən alışıb. Nəticədə yanğın evə keçib.
Hadisə yerinə Qazax Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb olunub. Hadisə zamanı evdə yatan körpə və anası evdən şıxarılıb.
Faktla bağlı araşdırma başlanılıb.