Gəncədə abituriyentlərə dəstək üçün mərkəz yaradılıb. Bu haqda 5 avqust tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Qarabağ Universitetinə daxil olmaq istəyən məzunlara yardım göstəriləcək. Bunun üçün dəstək mərkəzləri yaradılıb. Şəhərimizdə sözügedən şöbə Nizami küçəsi, 38 ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Qeyd edək ki, region üzrə daha 4 mərkəz yaradılıb. Onlar Göygöl, Goranboy, Samux və Daşkəsən rayonlarında yerləşirlər.