top
Qadın xəyanət etdi, ərini övladının gözü qarşısında öldürdü
02 mart 2026, 15:37
- ↺ +

Qadın xəyanət etdi, ərini övladının gözü qarşısında öldürdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1994-cü il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şirvanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.аz xəbər verir ki, Mingəçevir şəhər sakini Fidanın Şirvanla üç azyaşlı övladı var.

Fidan 2022-ci ildə sosial şəbəkədə Ruslanla tanış olub. Qadın özünü subay diş həkimi kimi təqdim edib. Ruslanın gözlənilməz telefon zəngi nəticəsində əri və digər yaxın qohumları tərəfindən xəyanəti üzə çıxıb.

Fidan əri tərəfindən yaşadıqları Bərdə rayonundakı evilərində 2-3 saat fasilələrlə döyülüb, qaz tapançası ilə öldürüləcəyi ilə hədələnib.

Gecə təxminən saat 3-4 radələrində qadın sərxoş vəziyyətdə olan ərini mətbəxdən götürdüyü bıçaqla vurub. Cinayəti övladının gözü qarşısında törədib. Kişi aldığı ağır xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Fidanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq zamanı Fidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. O, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Hökmün icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Bu hökmdən zərərçəkmiş Şirvanın hüquqi varisi kimi tanınan anası apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərardan oğlu öldürülən qadın kasasiya şikayəti verib. Ali Məhkəmə bu günlərdə şikayətə baxıb və onu təmin etməyib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər