Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 14 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Yeni qəsəbə adlanan ərazisində qeydə alınıb. Burada fərdi təsərrüfat üçün yığılan ot bağlamalarından ibarət taya alışıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Nəticədə burada müvəqqəti məskunlaşan Şuşa rayon Şırlan kənd sakini Əbdülqasım Bahadur oğlu Abbasova məxsus 4 min ot bağlaması məhv olub. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.