Qərb klublarının futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində oyunları yekunlaşıb.
Gencexeber.az məlumat verir ki, Gəncəbasar bölgəsindən olan “Şəmkir” rəqib meydanda “Şamaxı” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən oyunda təmsilçimiz 1:6 hesablı məğlubiyyətlə barışmalı olub.
Qeyd edək ki, II təsnifat mərhələsində qərb bölgəsinin digər təmsilçiləri - "Turan Tovuz" "Hypers Guba"nı (7:2), "Kəpəz" isə "Ağdaş"ı (6:0) məğlub edib.