Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üzrə müsabiqə keçirilir.
Qurum məlumat verir ki, işə qəbul olmaq istəyən şəxslər avqustun 29-dək linkə daxil olub qeydiyyatdan keçməlidirlər. Müvafiq qaydada elektron qeydiyyatdan keçmiş şəxslər məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu müsabiqəsinə ali təhsil müəssisələrini psixologiya ixtisası üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) qatıla bilərlər.