Şəmkirdə narkokuryer saxlanılıb. Gencexeber.az Apa-ya istinadən məlumat verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S. Həmzəyev tutulub.
Həmin şəxsdən 11 kiloqram 650 qram marixuana aşkarlanıb. Araşdırmalar zamanı Həmzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.