Tovuzda kişi yol qəzasında xəsarət alıb. "Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Rayonun Əlibəyli kənd sakini 31 yaşlı Taleh Əliyev yolu keçmək istəyən zaman onu avtomobil vurub. Xəstəxanaya yerləşdirilən kişinin vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.