top
Pivəyə görə dostunu bacısının GÖZÜ QARŞISINDA ÖLDÜRDÜ
21 dekabr 2024, 19:30
- ↺ +

Pivəyə görə dostunu bacısının GÖZÜ QARŞISINDA ÖLDÜRDÜ

 

Qazaxda pivə üstündə dostlar bir-birini bıçaqlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilib.

Belə ki, 1992-ci il təvəllüdlü Əli Məmmədov (ad şərtidir) Qazaxda anadan olub. Elə orada da yaşayan Əli ilə tanışı Nihad Əsgərovla (ad şərtidir) noyabrın 16-da Qazax rayonu, Qazaxbəyli kəndindəki çayxanada aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb Nihadın Əlinin pivəsindən içməsi olub. Buna görə Əli bakalı onun başına vuracağını deyib. Bu sözdən utanan Nihad Əlini öldürmək qərarına gəlib. Yolda gedərkən Əlinin maşında olduğunu görüb onu səsləyərək çağırıb. Əli ilə birlikdə bacısı da maşında olub. Əli yanına yaxınlaşanda Nihad cibindəki bıçaqla onu vurub. Nəticədə Əlini bacısının gözü qarşısında amansızca öldürülüb.

Nihad Əsgərov Azərbaycan Respublikası CM-nin 221.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nihad Əsgərov özünü qismən təqsirli bilib. İfadəsində göstərib:

“Əli ilə dost olmuşuq. Çayxanadakı münaqişə Əlinin içkili olub özünü apara bilməməsinə görə yaranıb. Buna görə çayxanada olanlara dedim ki, Əliyə pivə verməsinlər. Mübahisə düşdüyü üçün pivə verdilər. Əli pivəni götürüb içəndə yüngülcə böyük kimi əlimi üzünə toxundurdum. Əli bundan cırnayıb “bakalı götürüb başına vuraram” dedi. Əlinin mənə belə cavab qaytaracağına inanmadım. Mübahisə böyüməsin deyə digər dostumuz məni çayxanadan çölə çıxardı. Üzərindən bir neçə saat keçəndən sonra Əli məni qasıq nahiyəmdən bıçaqladı. Amma yüngül yaraladı. 6 gün utandığımdan evdən çölə çıxa bilmədim.

Əlidən qisas almağı düşünürdüm. Hadisə olan gün də Əli ilə danışmışdım. Onun Bakıya gedəcəyini bildiyim üçün evdən gizlicə bıçaq götürüb çölə çıxdım və gözlədim. Qəsəbənin çıxacağında marşrutlar dayanan yerdə dayanıb Əlinin gəldiyini görəndə çağıraraq saxladım. Avtomobilin ön sərnişin yerində mərhumun yeznəsini görsəm də, maşının arxa şüşəsində plyonka (örtük) olduğundan içəridə bacısı Gülnarı görmədim. Əli mənə yaxınlaşanda onu bıçaqladım. Yeznəsi yanımıza gələndə isə “götür apar xəstəxanaya” dedim. Gülnarın qışqırığını isə uzaqlaşandan, təxminən 40-50 metr sonra eşitdim. Birbaşa polis şöbəsinə gedib təslim oldum”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmişin hüquqi varisi Aygün Nəcəfova (ad şərtidir) ifadə verib:

“Hadisə günü Əli nişanlısıgilə gedəcəkdi. Mən, qızım və ərim Novruzla birlikdə evdən çıxdıq. Qəsəbədən çıxanda qəfil səs gəldi. Əli maşından düşərək bizə gözləməyimizi dedi. Maşının pəncərəsindən baxanda Nihad məni, mən də Nihadı gördüm. Əli ilə Nihadın dalaşdığını görüb, Novruza səsləndim. Pəncərədən baxanda Nihad mənim gözümün içinə baxa-baxa Əlini bıçaqlamağa başladı. Nihadın ömürlük azadlıqdan məhrum edilməsini istəyirəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nihad Əsgərov 16 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Dünən, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Oxşar xəbərlər