top
Peyvəndlərin vurulmasında  gecikmələrə yol verilə bilərmi və  bunu necə aradan qaldırmaq olar?
30 aprel 2025, 12:22
- ↺ +

Peyvəndlərin vurulmasında gecikmələrə yol verilə bilərmi və bunu necə aradan qaldırmaq olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Azərbaycanda hazırda dövlət tibb müəssisələrində cari profilaktik peyvəndlər təqviminə uyğun 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır: Hepatit B,  vərəm,  difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya,  pnevmokok infeksiyası, qızılca, epidemik parotit, məxmərək”

Gencexeber.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, hər peyvəndin təqvimə uyğun yaşda vurulması  çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan  təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir: “Həmçinin, uşaqda bu yaş dövründə peyvəndləmə nəticəsində  daha güclü immunitet yaranır. Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq, tərtib olunub. Peyvəndlərin vurulmasında səbəbsiz gecikmələrə yol vermək olmaz. Peyvəndlər peyvənd təqviminə uyğun olaraq  vaxtında tətbiq edilməlidir. Belə ki, peyvəndin vurulmasında gecikmə uşağın həssas olduğu dövrdə  onu müdafiədən  məhrum edir. Məsələn, Hib  və pnevmokok kimi xəstəliklərdən  demək olar ki, əsasən 2 yaşadək uşaqlar əziyyət çəkir. Hepatit B, göyöskürək və bəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər az yaşlı uşaqlarda  daha ağır keçir. Lakin uşaqlara peyvənd vurulduğu təqdirdə, onların immun sistemi  güclənir  və erkən yaşlarından etibarən  həmin xəstəliklərə qarşı qorunmuş olur. Məhz buna görə də, uşaqları doğulduğu gündən  etibarən  peyvənd cədvəlinə uyğun peyvənd etdirmək lazımdır”.

Həkim-epidemioloq bildirib ki, uşaq hansısa səbəbdən bir və ya bir neçə  peyvəndi vaxtında almayıbsa, yaxud ona ümumiyyətlə heç bir peyvənd vurulmayıbsa, belə hallarda uşağın gecikmiş peyvəndləmə cədvəlinə uyğun peyvənd olunması vacibdir:

“Uşağın peyvəndləməsi gec başladıqda və ya yenidən  bərpa olunduqda, peyvəndləmə əvvəllər vurulan peyvəndlərin nəzərə alınması  şərtilə dayandırıldığı yerdən davam etdirilməlidir. Uşağın xəstələnməyini gözləmədən, onu peyvənd etdirmək mütləqdir, çünki xəstəliklərin fəsadları ağır ola bilər. Əgər uşaq  peyvəndlə qarşısı alına bilən  xəstəlikləri keçiribsə belə, uşaq  yenə də peyvənd edilməlidir. Bu çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəzi infeksiyaları  (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli səviyyədə təbii immunitet əldə edə bilmirlər”.

A.Qurbanova qeyd edib ki, uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növünə yoluxur: “Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növündən qoruyur. Məsələn, pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Bu gün, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Bu gün, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Bu gün, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Bu gün, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
Dünən, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
Dünən, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
Dünən, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
Dünən, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
Dünən, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
Dünən, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
Dünən, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
11 oktyabr 2026, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
11 oktyabr 2026, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
11 oktyabr 2026, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Oxşar xəbərlər