Gəncədə mağazalardan birində nöqsanlar aşkarlanıb. Bu haqda 20 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.
AQTA müfəttişləri bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində reydlər keçiriblər.
Tağı Arani küçəsi, döngə 1 ünvanında yerləşən Mirzəyev Faiq Mirzə oğluna məxsus mağazada keçirilən plandankənar yoxlama zamanı dövlət qeydiyyatına alınmamış və istifadə müddəti bitmiş 4 adda (“Afaroz 40 SL”, “Maqna”, “Avirmec”, “Mostar”) pestisid aşkar edilib. Nöqsanlarla bağlı mağaza sahibi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.