Gəncədə ictimai yerdə əxlaqsız hərəkət edən şəxslə bağlı yeni detallar məlum olub.
Gencexeber.az-a ailəsindən verilən məlumata görə, sözügedən şəxsin psixoloji problemi var.
31 yaşlı Mahir Aydınov (ad və soyad şərtidir) mütəmadi olaraq Gəncə Psixiatriya Xəstəxanasında müalicə alıb. Ona şizofreniya diaqnozu qoyulub. Yaxınlarının sözlərinə görə, daha sonra o, evə buraxılıb. Videoda görüntülənən hadisə isə nəzarətdən kənarda qaldığı vaxtda baş verib.
Ailəsinin xəstəliklə bağlı redaksiyamıza göndərdiyi sənədləri təqdim edirik:
[modula id="64113"]