top
Oğurluqda şübhəli bilinən müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025, 16:12
- ↺ +

Oğurluqda şübhəli bilinən müəllim siqaretə görə HƏBS OLUNDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğurluqda şübhəli bilinən müəllim tutulub.

Lent.аz xəbər verir ki, Gədəbəy rayonunun Leşkər kənd sakini A.Quliyevin evindən oğurluq edilib və o, hadisəni törətməkdə 44 yaşlı Abbas Muradov (ad və soyad şərtidir) şübhələndiyini deyib. Nəticədə polis əməkdaşları Abbas Muradovu şübhəli şəxs qismində şöbəyə aparıblar.

Sərxoş vəziyyətdə olan Muradov şöbənin həyətində siqaret çəkmək istəyib. Lakin şöbə ərazisində buna icazə verilmədiyi bildirilib. Nəticədə Muradov hiddətlənib və nalayiq ifadələr işlədib. Polis əməkdaşları ona irad bildirsələr də, məhəl qoymayıb və hərəkətlərinə davam edib.

Təqsirləndirilən şəxs bildirib ki, oğurluq hadisəsi ilə bağlı polislər onun evinə gəliblər. Həmin gün də evdə qonağı olub və spirtli içki içib. Abbas Muradov törətdiyi əməli etiraf edərək, peşman olduğunu deyib və polis əməkdaşlarından üzr istəyib.

Şahid qismində dindirilən polis əməkdaşının sözlərinə görə, şübhəli şəxs Abbas Muradovun mobil nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb:

"Həmin gün o, müəllim işlədiyi məktəbə də getməyib. Buna görə də, onun yaşadığı ünvana yollanmalı olduq. Şəxs sərxoş idi. O, polis şöbəsinin həyətində siqaret çəkmək istədi, lakin buna icazə olmadığını izah etdik. O, isə etiraz edərək nalayiq ifadələr işlətdi, evindən oğurluq edildiyi üçün onu şikayət edən şəxsi də təhqir etdi".

Bu əməlinə görə Abbas barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Gədəbəy rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən iclasda Abbas Muradov barəsində 5 gün müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər