top
Niyazi Bayramov Ekoloji Park Kompleksini ziyarət edib
01 fevral 2023, 16:13
- ↺ +

Niyazi Bayramov Ekoloji Park Kompleksini ziyarət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İcra başçısı Gəncə Ekoloji Park Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bu haqda 1 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mətbuat xidmətinə istinadən xəbər veririk.

Gəncə şəhəri, Əli Məmmədov küçəsində yeni Ekoloji Park Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə əraziyə baş çəkib, kompleksdə aparılan tikinti işlərinə baxış keçirib.

Layihənin müəllifi Ramiz Hüseynov şəhər rəhbərinə aparılan işlər barədə məlumat verib. O bildirib ki, hazırda ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası davam etdirilir. Binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılır. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdiriləcək. O cümlədən kompleksdə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Həmçinin binanın ətrafında abadlıq və quruculuq işləri də aparılacaq.

Layihə müəllifi onu da qeyd edib ki, buranı ziyarət edən qonaqlar, eyni zamanda Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
15 oktyabr 2026, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
15 oktyabr 2026, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
15 oktyabr 2026, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
15 oktyabr 2026, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
15 oktyabr 2026, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Oxşar xəbərlər