Gəncədə iki uşaq mənzildə köməksiz qalıb. Bu haqda 30 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Azyaşlı iki uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bununla bağlı adıçəkilən qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Onlar giriş qapısını açaraq, nəzarətsiz qalmış balacaları xilas ediblər.