Göygöl Milli Parkı ən çox ziyarət olunanlar arasındadır. Bu haqda 30 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il ərzində ən çox turist qəbul edən milli parkların adlarını açıqlayıb. Onların arasında Göygöl Milli Parkı da yer alıb. Milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Qeyd edək ki, bu siyahıda Göygöllə yanaşı, Şahdağ və Abşeron milli parkları da yer alıb.