top
Mingəçevirdə qonşu qadına təcavüz etmək istəyən kişiyə AĞIR CƏZA
16 noyabr 2024, 16:58
- ↺ +

Mingəçevirdə qonşu qadına təcavüz etmək istəyən kişiyə AĞIR CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Qapını əlləri və ayaqları ilə vuraraq “aç qapını, səni istəyirəm, aç qapını” deyirdi”

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında qonşusu Azər Sadıqov (ad şərtidir) tərəfindən təcavüzə uğrayan zərərçəkmiş Banu Quliyeva (ad şərtidir) deyib.

Belə ki, Mingəçevirdə yaşayan 1981-ci il təvəllüdlü Azər Sadıqov işdən evə gəlib, bir qədər spirtli içki qəbul edərək yüngül dərəcəli sərxoş olub. Bu zaman cinsi ehtirası təmin etmək məqsədi ilə qonşuluqda yaşayan kişinin evdə olmadığını yoxlayıb. Evdə olmadığından əmin olduqdan sonra pəncərədən evə daxil olub. Və Banu Quliyevanın (ad şərtidir) hamamdan çıxdığını görüb onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Banu qorxaraq mənzilin qonaq otağına keçib. Qapını qıraraq Azər içəri daxil olanda Banu qışqıraraq qonşuları səsləyib. Qonşuların gəlməsindən qorxaraq evi tərk edib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29, 149.1, 157.1-ci maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədov sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Azər Sadıqova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində deyib ki, həmin günlə bağlı heç nə xatırlamır:

“Hadisə baş verən gün spirtli içkinin təsiri altında idim. Öz evimə gəldikdən sonra harada və kiminlə görüşdüyümü xatırlamıram. Qonşunun evinə girməmişəm, Banuya toxunmamışam. Heç nə xatırlamıram”.

Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Banu Quliyeva ifadəsində göstərib ki, övladlarını yataq otağında yatızdırdıqdan sonra qapını bağlayaraq yuyunmaq üçün hamam otağına keçib:

“Bir neçə dəqiqə sonra hamam otağından çıxıb dəsmala bükülərək qonaq otağına keçərkən yataq otağının qapısının açıldığını gördüm. Həmin vaxt yataq otağında uşaqlardan birinin oyanmasından şübhələndim. Lakin yataq otağına keçmədən qonşudakı Azərin dəhlizdə əlində bıçaqla durduğunu gördüm. Qorxub qonaq otağına qaçdım, qapını arxadan kilidlədim. Və evi tərk etməsini tələb etdim.

Qapını əlləri və ayaqları ilə vuraraq “aç qapını, səni istəyirəm, aç qapını” deyə qışqırırdı. Qapını aça bilmədiyini görüb əlində olan bıçaqla qapının tutacaq yerini zədələyərək sındırdı. Həmçinin bıçağın tutacaq yeri ilə qapının şüşəsinə də bir neçə dəfə vuraraq şüşəni çatlatdı. Qonşuları səsləməyə başlayanda qorxaraq qaçdı”.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Azər Sadıqov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Azər Sadıqov 5 il 1 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

Sabiq deputat "Şərəf" ordeni ilə təltif edilib

Bütün xəbərlər
Bu gün, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 20:24

Gəncəlilər hər axşam zəhərli tüstünün təsirinə məruz qalırlar

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər