Şəhər ərazisində bədbəxt hadisə baş verib.
Gencexeber.az Apa-ya istinadən məlumat verir ki, Mingəçevirdə ağac aşıb.
Hadisə külək əsməsi zamanı olub. 51 yaşlı şəhər sakini Samid Əliyev axşam saatlarında avtoyuma məntəqəsində işdə olarkən, ağac qırılaraq üzərinə aşıb.
Nəticədə həmin şəxs sağ kürək sümüyünün yerdəyişən sınığı xəsarətini alıb.