Goranboyda yanğın hadisəsi baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 317-ci kilometrliyində qeydə alınıb. “Hyundai” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda 30 kvadrat metr sahədə kol-kos və 30 ədəd ağac yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunublar. Alov söndürülüb, yanğının yayılmasının qarşısı alınıb.