Gəncədə “Narkomaniyaya birgə “YOX” deyək!” adlı tədbir keçirilib. Bu haqda Gencexeber.az 9 dekabr tarixində məlumat verir.
Maarifləndirici tədbir 15 saylı kitabxana filialında baş tutub. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları barədə iştirakçılara ətraflı məlumat veriblər. Sonra məktəblilərin sualları cavablandırılıb.
Seminar yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması ilə əlaqədar olaraq təşkil olunub.