Gəncədə tibbi aksiya keçirilib. Bu haqda 20 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə baş tutub. Aksiya 4 saylı orta məktəbdə təşkil olunub.
Təhsil ocağında ibtidai sinif uşaqları ixtisaslı həkimlərin tibbi müayinəsindən keçiblər. Aksiyaya kardioloq, pediatr, nevroloq, oftalmoloq və loqoped cəlb ediliblər.